Masaj və spa

XidmətlərMasaj və spa

Masaj və spa

SPA mərkəzimiz müalicə korpusu ilə eyni binadadır, ona görə vanna və fizioterapiya seansları arasında dincəlmək üçün otelden çıxmağa ehtiyac yoxdur. Xidmətlərin bir hissəsi qalma paketinə daxildir, bir hissəsi isə ayrıca sifariş olunur.

Paketə daxil olan zonalar:

  • Fin saunası və buxar otağı
  • Türk hamamı
  • Duş Şarko
  • Qapalı isidilən hovuz
  • Fitnes və idman zalı
  • Yoqa və rahatlaşdırıcı məşğələlər

Ayrıca sifariş olunan prosedurlar:

  • Daş masajı (hot stone) — hamarlaşdırılmış bazalt daşları qızdırılıb bədənin müəyyən nahiyələrinə tətbiq olunur; istilik əzələlərin rahatlamasına və masajın daha yumşaq hiss edilməsinə kömək edir
  • Kisə-köpük masajı — türk hamamı ənənəsindən gələn prosedur: bədən isti buxarla yumşaldılır, xüsusi kisə ilə ölü dəri təmizlənir, sonra bol köpüklə yumşaq masaj edilir
  • Qəhvə skrabı və anti-selülit skrab — dərinin səthinin təmizlənməsi və daha hamar görünüşün dəstəklənməsi üçün
  • Şokolad maskası — xoş aromalı, dərini yumşaldan rahatlaşdırıcı prosedur
  • Klassik və müalicəvi masaj — həkim proqramına uyğun olaraq lokal və ya ümumi
  • Saç baxımı — naftalan əsaslı məhsullarla təmizləmə, nəmləndirmə və maska

Masaj seansları müalicə kursu ilə uzlaşdırılır: naftalan vannası ilə eyni günə düşən intensiv masaj təyin olunmur. Hansı prosedurun sizə uyğun olduğunu gəlişdəki konsultasiyada həkim müəyyənləşdirir.

Bu xidmətə daxil olan prosedurlar

Digər müalicələr

Bütün xidmətlər