Naftalan vannaları

XidmətlərNaftalan vannaları

Naftalan vannaları

Naftalan nefti sənaye həcmində dünyada yalnız bir yerdə — Azərbaycanın Naftalan şəhəri ətrafında çıxır, və Sun City Hotel & Spa həmin yatağın üstündə qurulub. Bu neftin tərkibindəki naftalan karbohidrogenləri iltihabı azaldan, ağrını kəsən və toxumanın bərpasını sürətləndirən təsirə malikdir; buna görə bir əsrdən artıqdır ki, hərəkət qabiliyyətinin məhdudlaşdığı və əzələlərin zəiflədiyi hallarda tətbiq olunur.

Vannalar həkim təyinatı ilə üç formada aparılır: tam bədən vannası, oturaq vanna (bel nahiyəsinə qədər) və aşağı ətraflar üçün lokal vanna. Prosedurun temperaturu, davametmə müddəti və kursdaki sayı sizin göstəricilərinizə görə seçilir — gəlişdə müayinə və laborator analizlərdən sonra.

Naftalan vannaları ən çox aşağıdaki hallarda təyin olunur:

  • Oynaq və onurğa problemləri: artrit, osteoartrit, revmatizm, osteoxondroz
  • Sinir sistemi ilə bağlı ağrılar: nevralgiya, nevrit, radikulit
  • Dəri xəstəlikləri: psoriaz (sədəf), ekzema, neyrodermit
  • Travma və əməliyyatdan sonrakı reabilitasiya dövrü

Naftalan həmçinin ginekoloji və uroloji müalicə proqramlarının bir hissəsi kimi istifadə olunur. Kurs boyunca vannalar tək başına deyil, fizioterapiya, palçıq-parafin tətbiqləri və pəhriz süfrəsi ilə birlikdə planlaşdırılır — bütün bunlar otelin öz müalicə korpusunda, bir binanın içindədir.

Vanna qəbulundan əvvəl və sonra istirahət otağı, duş və isti içki zonası nəzərdə tutulub. Prosedurlar tibbi personalın nəzarəti altında aparılır; hər hansı narahatlıq olarsa, kurs dərhal həkimlə birlikdə yenidən nəzərdən keçirilir.

Bu xidmətə daxil olan prosedurlar

Digər müalicələr

Bütün xidmətlər