Hər müalicə kursu konsultasiya ilə başlayır — prosedurlar hazır paketdən deyil, sizin göstəricilərinizə görə seçilir. Gəlişdən sonrakı ilk gün həkim müayinəsi və laborator analizlər aparılır, nəticələr əldə olunandan sonra proqram tərtib edilir.
Gəlişdə nə edilir:
- Həkim müayinəsi: şikayətlərin, xəstəlik tarixçəsinin və qəbul etdiyiniz dərmanların dəqiqləşdirilməsi
- 18 parametrdən ibarət ümumi qan analizi
- Biokimyəvi analizlər — orqanizmin ümumi vəziyyətinin qiymətləndirilməsi üçün
- Təzyiq, nəbz və zəruri hallarda əlavə müayinələr
Analizlərin məqsədi sadədir: naftalan vannası, fizioterapiya və digər prosedurlar orqanizmə real təsir göstərir, ona görə kursa başlamazdan əvvəl həkimin sizin göstəricilərinizi görməsi lazımdır. Nəticələr prosedurların növünü, temperaturunu, davametmə müddətini və kursdaki sayını müəyyənləşdirir. Bəzi hallarda müəyyən prosedurlar ümumiyyətlə təyin edilmir — bu da analizlərdən sonra aydın olur.
Kurs boyunca vəziyyət yenidən yoxlanılır: proqram ilk gün yazılıb dəyişilməz qalmır, göstəricilər dəyişəndə prosedurlar da uyğunlaşdırılır. Kursun sonunda həkim yekun müayinə aparır və evdə davam etdirilməsi tövsiyə olunan addımlar barədə məlumat verir.
Konsultasiya otelin öz müalicə korpusunda, tibbi personalımız tərəfindən aparılır. Xroniki xəstəliyiniz varsa və ya daimi dərman qəbul edirsinizsə, mövcud analizlərinizi və resept siyahınızı özünüzlə gətirmək kursun daha dəqiq planlaşdırılmasına kömək edir.
Bu xidmətə daxil olan prosedurlar
Naftalan müalicəsinə və ya sağlamlıq proqramlarına başlamazdan əvvəl qan və biokimyəvi analizlərin aparılması orqanizmin ümumi vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
18 parametrdən ibarət ümumi qan analizi və biokimyəvi analizlər orqanizmdə gedən proseslər haqqında geniş məlumat verir. Bu nəticələr həkimə vəziyyəti daha dəqiq qiymətləndirmək və fərdi yanaşma əsasında uyğun prosedurlar seçmək üçün imkan yaradır — müalicə prosesinin daha təhlükəsiz və nəzarətli aparılmasına şərait yaradır.
Ozonoterapiya tibbi ozon qazının (oksigen və ozon qarışığı) müalicə və profilaktika məqsədilə bədənə müxtəlif üsullarla tətbiq olunduğu fizioterapevtik üsuldur.
Prosedur hüceyrələrin oksigenlə təminatını artırır, immuniteti gücləndirir və ümumi sağlamlığı dəstəkləyir. Yalnız həkim təyinatı ilə aparılır.
Göstərişlər
- Ümumi detoks və cavanlaşma proqramları
- Xroniki yorğunluq sindromu
- Dəri xəstəlikləri və kosmetoloji yenilənmə
- Oynaq və əzələ ağrılarının yüngülləşdirilməsi
- İnfeksiyaların kompleks müalicəsi
İynə terapiyası bədənin xüsusi bioloji aktiv nöqtələrinə nazik, steril metal iynələrin batırılması ilə həyata keçirilən müalicə üsuludur. Bu Çin təbabəti üsulu sinir sistemini stimullaşdırır, orqanizmin özünübərpa mexanizmini və təbii ağrıkəsici hormonların ifrazını aktivləşdirir.
Steril iynələr dəriyə müəyyən dərinlikdə daxil edilir; həkim təsiri gücləndirmək üçün iynələri yüngülcə çevirə bilər. Sinir ucları və toxumalar stimullaşır, qan dövranı yaxşılaşır.
Göstərişlər
- Baş ağrısı və miqren
- Bel, boyun və oynaq ağrıları
- Nevritlər və nevrozlar
- Yuxu pozğunluqları və depressiya
- Diz və çiyin ağrıları
- Əzələ spazmları
- Bəzi xroniki ağrı sindromları
Hicama bədəndən toksinləri və zərərli maddələri çıxarmaq üçün dəri üzərinə vakum (banka) qoyularaq az miqdarda qanın xaric edilməsi ilə həyata keçirilən qədim ənənəvi müalicə üsuludur.
Qan dövranının yaxşılaşmasına, əzələ gərginliyinin və bəzi növ ağrıların azalmasına kömək edir. Prosedur steril şəraitdə və tibbi personalın nəzarəti altında aparılır.
Göstərişlər
- Kürək və çiyinlərarası nahiyədə gərginlik
- Baş və peysər nahiyəsində ağrılar
- Bel və onurğa ətrafı şikayətlər
- Ayaq və qollarda ağrı və gərginlik
Hidrokolonterapiya yoğun bağırsağın xüsusi aparat vasitəsilə ilıq su ilə yuyulması prosedurudur. Bədəndə yığılan toksinlərin və tullantıların bağırsaq sistemindən çıxarılmasına kömək etmək məqsədilə tətbiq edilir.
Prosedur yalnız tibbi göstərişlər əsasında və mütəxəssis nəzarəti ilə aparılır.
Göstərişlər
- Xroniki qəbizlik
- Bağırsaqda artıq qaz və köp
- Həzm sisteminin fəaliyyətinin ləngiməsi
- Orqanizmin ümumi detoks proqramları
LOR turundası burun və ya qulaq boşluğuna müalicəvi məhlul və ya preparat hopdurulmuş steril tamponun yerləşdirilməsi ilə həyata keçirilən prosedurdur.
Selikli qişanın nəmlənməsinə, iltihabın və ödemin azalmasına, həmçinin yerli müalicənin təsirinin artırılmasına kömək edir. Naftalan müalicəsi zamanı tətbiq olunduqda LOR orqanlarının bərpasını dəstəkləyərək kursun ümumi effektivliyinə töhfə verir.
Göstərişlər
- Burun tutulması
- Rinit və sinusit
- Faringit
- Digər LOR xəstəlikləri
Bio-masaj bədəndəki enerji yollarını və nöqtələri hərəkətə gətirən xüsusi aparat və əlcəklər vasitəsilə edilən müasir fizioterapevtik prosedurdur. Üsul şərq təbabətinin qədim qaydalarını elektrik impulsları ilə birləşdirir.
Bədənin enerjisini balanslaşdırır, əzələ gərginliyini azaltmağa və bərpa proseslərini stimullaşdırmağa kömək edir. Qan və limfa dövranını yaxşılaşdırır, bədənin ümumi tonusunu artırır.
Göstərişlər
- Əzələ gərginliyi və spazmlar
- Onurğa və oynaq nahiyəsində ağrılar
- Stress və sinir gərginliyi
- Yorğunluq və yuxu pozğunluqları
- Reabilitasiya dövrü




