Qapalı hovuz

XidmətlərQapalı hovuz

Qapalı hovuz

Qapalı hovuz otelin SPA mərkəzinin bir hissəsidir və qalma paketinə daxildir — əlavə ödəniş tələb olunmur. Su il boyu isidilir, ona görə naftalan kursu hansı fəsildə olursa olsun, hovuz istifadəyə açıqdır.

Hovuz zonasında nə var:

  • İsidilən qapalı hovuz
  • Fin saunası və buxar otağı
  • Duş Şarko
  • İstirahət və uzanma zonası
  • Şəxsi şkaflar, duşlar və dəyişmə kabinələri

Hovuz müalicə proqramının təbii davamıdır. İsti suda hərəkət oynaqlara düşən yükü azaldır, buna görə fizioterapiya və vanna seanslarından sonra sərbəst üzgüçülük çox vaxt kursun bir hissəsi kimi tövsiyə olunur. Bununla belə, hovuza girmə vaxtı da həkimlə uzlaşdırılır: naftalan vannasından dərhal sonra hovuz təyin edilmir.

Uşaqlarla gələn qonaqlar üçün ayrı saat aralıqları nəzərdə tutulub. Hovuzda növbətçi personal olur; su göstəriciləri hər gün yoxlanılır və nəticələr qeydə alınır.

Sauna və buxar otağının istifadəsi üzrə məhdudiyyətlər ürək-damar və tənəffüs sistemi ilə bağlı bəzi hallarda tətbiq oluna bilər — gəlişdəki müayinə zamanı bu ayrıca dəqiqləşdirilir. Xalat, dəsmal və şlyopkalar otaqda hazır olur, ona görə özünüzlə gətirməyə ehtiyac yoxdur.

Hovuza girməzdən əvvəl duş qəbul etmək və üzgüçülük papağı istifadə etmək qaydası tətbiq olunur; bu qayda suyun keyfiyyətinin saxlanılması üçündür. Hovuz zonasının iş saatları qəbul masasında və otaqdaki məlumat qovluğunda göstərilir.

Digər müalicələr

Bütün xidmətlər